Biznes analitiki

İşin təsviri

Tələb olunan iş təcrübəsi: 1 ildən artıq (Tam gün)

Vəzifələr:

  • layihələr üzrə biznes təhlili işinin müddətini planlaşdırmaq və qiymətləndirmək;
  • biznes, istifadəçi və funksional tələblərin toplanması, təhlili və rəsmiləşdirilməsi ilə məşğul olmaq;
  • müştərilərlə ünsiyyət qurmaq;
  • müştəri və inkişaf komandası ilə birlikdə həlləri işləyib hazırlamaq;
  • inkişaf və sınaq prosesində tərtibatçılara və mühəndislərə keyfiyyətlə bağlı məsləhətlər vermək;
  • müştəriyə konseptual və hazır həllərin təqdimatını keçirmək;
  • tələblərə edilən dəyişiklikləri idarə etmək və sənədləri yeni saxlamaq.

Tələblər:

  • istənilən sahədə Biznes Analitiki / Texniki Yazıçı vəzifəsində 1 il və ya daha çox təcrübə;
  • həm layihənin başlanğıc mərhələsində, həm də layihənin inkişaf mərhələsində biznes analitiki kimi layihənin idarə edilməsi sahəsində təcrübə;
  • tələblərin toplanması, təhlili və rəsmiləşdirilməsi üsulları haqqında biliklər;
  • müştəri ilə müsahibələrin aparılması, sorğu sistemləri, GAP təhlilinin tərtib edilməsi, təsir təhlilinin aparılması təcrübəsi;
  • orta və ya yaxşı səviyyədə yazılı İngilis dili;
  • danışıqlar üçün əla rus və azərbaycan dili;
  • inandırmaq və məsuliyyəti öz üzərinə götürmək bacarığı;
  • intensiv işləmək və prioritetləri düzgün təyin etmək bacarığı.

Şərtlər:

  • İddialı layihələr və tapşırıqlar vermək;
  • Gözəl, mehriban kollektiv;
  • Sərbəst dress kod;
  • AR Əmək Məcəlləsinə uyğun sənədləşdirmə
  • Əmək haqqı: Müsahibə əsasında.

 

Email: [email protected]