Təlimçi

  • Karaca
  • Elanın qoyulma tarixi: 06.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında:

  • İş yeri: Bakı/Azərbaycan
  • İş saatı : Həftədə 5 gün 10:00-18:00
  • İşə başlama tarixi: Təcili
  • Əmək haqqı: (namizədin təcrübəsi və peşəkarlıq səviyyəsindən asılı olaraq 600-1000 azn arası dəyişir)

Vəzifə öhdəlikləri:

  • Təşkilatın illik təlim ehtiyaclarını müəyyənləşdirmək;
  • İllik Təlim planını tərtib etmək;
  • Təlimçi və yaxud da təlim şirkətləri ilə müfaviq danışıqlar aparmaq, qiymət təklifləri almaq;
  • Təlim proqramlarını hazırlamaq və təlimi həyata keçirmək;
  • Mütəmadi olaraq təlim mövzularını yeniləmək;
  • Keçirilən təlimlərə dair suallar hazırlamaq və təlimi dəyərləndirmək;
  • Mütəmadi olaraq keçirilən təlimlərin səmərəliliyini yoxlamaq;
  • Təlimin keçirilmə vaxtlarını müəyyənləşdirmək və təlimi təşkil etmək;
  • Təlimlə bağlı sənədləşmə işlərini icra etmək;
  • Təlimlə bağlı görülən işlərə dair aylıq, rüblük, illik hesabatların hazırlamaq;
  • Təşkilatın sosial işlərini təşkil etmək, karyera sərgilərində iştirak etmək, ali və orta-ixtisas təhsil ocaqları ilə əməkdaşlıqlar qurmaq və sair.

Seçim meyarları:

  • Ali təhsil; (psixologiya, sosiologiya, filologiya sahəsi üstünlükdür)
  • Təlimçi kimi ən az 2 il iş təcrübəsi; (pərakəndə sektorunda işləyən namizədlərə üstünlük veriləcək)
  • Cinsi:Qadın
  • Yaş: 30-40

Bacarıq və səriştələr:

  • Azərbaycan dilində şifahi və yazılı ünsiyyət.
  • Rus dili sərbəst, ingilis dili intermediate səviyyəsində 
  • MS office (word, excell, power point, outlook sərbəst istifadə bacarığı)
  • Təqdimat etmə bacarığı;
  • Yüksək ünsiyyət və kollektivlə işləyə bilmə bacarığı.

İmtiyazlar:

  • Nahar, telefon limiti şirkət tərəfindən təmin olunur.

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri [email protected] göndərərkən başlıq yerinə “Təlimçi” qeyd etməyi unutmayın.