Metodologiya üzrə kiçik mütəxəssis / mütəxəssis

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 05.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Menecerlərlə, departament və şöbə rəhbərlərilə, mütəxəssislərlə birgə əməkdaşlıq edib müxtəlif istiqamətlərdə qaydaların, prosedurların / proseslərin sxemlərini hazırlamaq, nəticələrini təhlil etmək və effektiv həyata keçirilməsi haqqında rəhbərliyə hesabat vermək;
  • Müntəzəm olaraq və ya tələb olunarsa, mövcud prosedurlarda / proseslərdə dəyişikliklər və ya əlavələr tövsiyə etmək;
  • İşin daha düzgün həyata keçirilməsinə kömək etmək üçün yeni proseslər və prosedurlar ilə bağlı müvafiq işçi heyəti üçün təlimlər keçmək;
  • Təşkilati siyasət və prosedurların yaradılması və tərtib edilməsində rəhbərliklə birgə çalışmaq;
  • Keyfiyyətə nəzarəti təmin etmək üçün sorğular həyata keçirmək;
  • Performansın qiymətləndirilməsi ilə bağlı sorğular aparmaq;
  • Təşkilatın fəaliyyətini təmin edən IMS üzrə layihələrdə iştirak etmək.

Tələblər:

  • Ali təhsil
  • Metodologiya sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dili səlis, rus və  ya ingilis dillərindən birini mükəmməl səviyyədə bilmək
  • Microsoft Office proqramları
  • Analitik düşünmə bacarığı
  • Yüksək kommunikasiya bacarıqları
  • Komanda ilə işləmək bacarığı 
  • Detallara diqqətlə yanaşmalı
  • Çevik olmalı

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV- lərini 06 fevral 2022-ci il tarixinədək [email protected] e-mail ünvanına mövzu (subject) sətrində "Metodologiya üzrə kiçik mütəxəssis / mütəxəssis" qeyd etməklə müraciət etsinlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi