Əməyin mühafizəsi üzrə mühəndis

  • Landau School
  • Elanın qoyulma tarixi: 04.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət.
  • Müəssisədə zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsi.
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması.
  • Müəssisəyə məxsus olan binaların, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması.
  • Müəssisədə ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsinin təşkili və nəzarəti.
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməyin edilməsi.
  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması.

Tələblər:

  • Ali təhsil
  • Ən azı 2 il Əməyin Mühafizəsi üzrə iş təcrübəsi
  • Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyi üzrə biliyi
  • Microsoft Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı
  • Azərbaycan və Rus dili biliyi
  • İngilis dili biliyi arzuolunandır

İş şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək haqqı: razılaşma əsasında

Maraqlı olanlar CV-ni “Əməyin Mühafizə üzrə mühəndis” başlığı ilə göndərə bilər.

Email: [email protected]

İşəgötürənin reytinqi