Satış Şöbəsinin Rəhbəri

  • Startup Project
  • Elanın qoyulma tarixi: 29.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələbələr:

  • Ali təhsil (iqtisadi, marketinq, ticarət); 
  • Satış sahəsində minimum 10 il iş təcrübəsi; 
  • B2B, B2C, Online və topdan satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi;
  • Azərbaycan, İngilis və Rus dillərini səlis bilməlidi;
  • Biznes danışıqları aparmaq bacarığı;
  • Yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
  • Təhlil, problemin həlli və qərar qəbulu;
  • Keyfiyyət yönümlülük;
  • Dəqiqlik və detallara diqqət;
  • Biznes proseslərin yaradılması və avtomatlaşdırılması üzrə iş təcrübəsi;
  • Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və büyük məlumat həcmi ilə iş bacarığı;
  • Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi;
  • Uğurlu idarəetmə təcrübəsi və satış komandasının yaradılıb inkişaf etdirilməsi;
  • Tez qərar qəbul etmək qabiliyyəti;
  • Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
  • Kompüter bilikləri: MS Office proqramları;

Vəzifə öhdəlikləri:

  • Satış strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasını təmin etmək;
  • Müştəri məmnuniyyəti ilə bağlı müxtəlif marketinq layihələrini həyata keçirmək;
  • Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlili;
  • Yeni satış vasitələrinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması (korporativ satış, SMM, Loyallıq planı və s.);
  • Əməkdaşlıq üçün yeni müştərilərin cəlb olunması üzrə axtarışların aktiv şəkildə aparılması;
  • Görüşlərinin təşkil olunması, işgüzar danışıqların və yazışmaların aparılması və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
  • Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması;
  • Müştəri məlumatlarının toplanması CRM sisteminin qurulması;
  • Marketinqın qurduğu müştəri məlumatlarının toplanması sisteminin düzgün işləməsi üçün satış heyətini və sistemləri idarə etmək;
  • Müştəri ehtiyaclarını öyrənmək üçün bazar və müştəri analizlərini etmək;
  • Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək;
  • Biznesin İnkişafı üçün layihələr hazırlamaq və təkliflər vermək;
  • Reklam, ictimaiyyətlə əlaqələr və digər kommunikasiya vasitələrindən yararlanaraq sistemi idarə etmək;
  • Satış dövrünün tam nəzarəti;
  • Satışların təhlilini və satışın effektivliyini artırılmasına dair tədbirlər planını hazırlamaq;
  • Satış kanallarını təkmilləşdirilməsi və optimallaşdırılması;
  • Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq;
  • Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
  • Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi.

 

İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 

Əmək haqqı: Müsahibə əsasında 

Müvafiq təcrübə və keyfiyyətlərə malik olan şəxslərdən mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini [email protected] göndərmələri xahiş olunur.

Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə saxlanılacaq.