Marketinq Şöbəsinin Rəhbəri

  • Startup Project
  • Elanın qoyulma tarixi: 23.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələbələr:

  • Təhsil: İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil. Biznes və ya marketinq sahəsində MBA arzuolunandır.
  • İş təcrübəsi: Müvafiq sahədə ən azı 5+ illik iş təcrübəyə malik olmaq. 
  • Dil bilikləri: Azərbaican Rus və İngilis dili. 
  • Kompüter bilikləri: MS Office proqramları, marketinq sahəsində proqram təchizatları üzrə biliklər
  • Məqsədyönlü, iddialı və nəticəyönümlü olmaq;
  • Təşkilatçılıq qabiliyyətinə malik olmaq;
  • Həm avtonom, həm də komandada işləməyi bacarmaq; 
  • Komandalar qurmağı və motivasiya etməyi bacarığı.
  • Stressə davamlı və irəliyə doğru düşünən qətiyyətli;
  • Strategiya, marketinq, brendinq, reklam sahəsində təcrübə.
  • Mükəmməl ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
  • Vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq

Digər:

  • Biznesin genişləndirilməsi və layihənin idarə edilməsi üçün yeni ideyaların yaradılması üzrə təcrübə;
  • Yeni məhsulun daxili və xarici bazarlara çıxarılması üzrə təcrübə;
  • Vəsaitlərin planlaşdırılması, reklam büdcəsinin icrasına nəzarət üzrə təcrübə;
  • Yüksək maliyyə göstəricilərinin əldə edilməsinin təmin edilməsi üzrə təcrübə;
  • Marketinq tədqiqatları və onların effektivliyinin qiymətləndirilməsi üzrə təcrübə;
  • Keyfiyyətli müştəri dəstəyi sisteminin inkişafı üzrə təcrübə;
  • Marketinq səviyyəsində CRM sistemlərinin və Big Data texnologiyalarının tətbiqi və nəzarəti;
  • Vahid iqtisadiyyat standartlarının həyata keçirilməsi və marketinq KPI sisteminin qurulması;
  • Onlayn, oflayn və mobil platformaların və digərlərinin inkişafı.
  • Medianın planlaşdırılması və media ilə qarşılıqlı əlaqə;
  • Reklam kampaniyalarının təşkili;

Vəzifə öhdəlikləri:

  • Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərin aparılması; 
  • Biznes, hədəf bazar və rəqib kontekstində düzgün istinad meyarlarının müəyyən edilməsi;
  • Müvafiq seqmentlər ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının, brend və məhsul kampaniyalarının hazırlanması və icrası;
  • Zəruri qısa və uzun müddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək;fəaliyyət növünü və istiqamətini tövsiyyə etmək; direktivləri tətbiq etmək.
  • Məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək. Təşviqat kampaniyasını istiqamətləndirmək.
  • Xüsusi müştəri xidmətləri proqramını təşkil və inkişaf etdirərək müştərilərlə əlaqəni təmin etmək. Konvensiyalarda, illik toplantılarda, ticarət assosiasiyalarında və seminarlarda şirkətin iştirakını təmin etmək.
  • Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq.
  • İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırki və gələcək məhsullara təsir göstəmək.
  • Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istfadəsinin inkişafı; məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək.
  • Marketinq məlumatlarını əldə edərək tərtib etməklə təhqiqat bazasını təmin etmək.
  • İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru addımların atılmasında təşəbbüs göstərmək.
  • İşçilərin planlaşdırılması və təyin olunması ilə marketinq departamentinin əməliyyat tələblərini yerinə yetirmək; işin nəticələrini izləmək.
  • İşə götürmə, seçim etmə, istiqamətləndirmə və təlimatlandırmaqla marketinqdə işçi qüvvəsini təmin etmək.
  • Məlumat, təsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək.

Müvafiq təcrübə və keyfiyyətlərə malik olan şəxslərdən mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur.

Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə saxlanılacaq.