İşin təsviri
Tələblər:
- İş təcrübəsi: Sosial Media Marketinq Koordinatoru kimi 1-3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan və rus dili (səlis), ingilis dili (arzuolunandır)
- Kompüter bilikləri: CorelDRAW, Adobe Photoshop və MS Office yaxşı səviyyədə bilməsi
- Sosial şəbəkə, sosial media reklamları və sosial media analizi alətlərini bilməsi
İşin təsviri:
- Sayt aktivliyinin təmin edilməsi, məlumatların yenilənməsi və yerləşdirilməsi
- Daxil olan şərhlərin cavablandırılması (Instagram, Facebook, Tik Tok, Youtube, Linkedin)
- Şirkətin sosial media səhifələrinin idarə edilməsi
- Restoran və tədris mərkəzi üçün kreativ və maraqlı kontentin vaxtaşırı hazırlanması və yerləşdirilməsi (post, anons, foto və videolar, gündəlik hekayələr)
- Sosial şəbəkələrdə kommentlərin, mesajların cavablandırılması
- Abunəçilərlə ünsiyyət qurmaq, müraciətlərə vaxtında cavab vermək və müştəri rəylərini izləmək
- Materialların çeşidlənməsi (fotoşəkillər və videolar)
- Biznes məqsədlərinə çatmaq üçün sosial media strategiyasının hazırlanması və həyata keçirilməsi.
Şəxsi keyfiyyətləri:
- Həmkarları ilə konstruktiv və şəxsiyyətlərarası münasibətlər inkişaf etdirmə təcrübəsi
- Tənqidi düşünən və problem həll etmə bacarıqları
- Komanda oyunçusu
- Yaxşı vaxt idarəetmə bacarıqları
İş şəraiti:
- Mehriban və çevik komandada iş şəraiti
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
- 5 günlük iş həftəsi
- İstirahət: Şənbə və bazar günü
Tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Sosial Media Marketinq Koordinatoru” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərlər.