Daxili satınalma şöbəsinin rəhbəri

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 23.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satınalma sifarişlərinin qəbulu və icra edilməsi
  • Bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması
  • Tender və təkliflər sorğusu əsasında qiymət sorğularının keçirilməsi 
  • Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərinin  ( Bids Summary ) təqdim edilməsi 
  • Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi 
  • Satınalma sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C də müvafiq əməliyyatların icra edilməsində nəzarət
  • Struktur daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsi 
  • Satınalma prosesində baş verə biləcək uyğunsuzların idarə edilməsi və həll yollarının tapılması 

Namizədə dair tələblər:

  • Mövcud sahədə ali təhsil;
  • Satınalma sahəsində 3-5 illik iş təcrübəsi (rəhbər olaraq);
  • MS Office və 1C  proqramları üzrə bilik- əla səviyyədə. 
  • Xarici dil biliklərinin olması arzu ediləndir; 
  • Ezamiyyətə göndərilə bilər;
  • Sürücülük vəsiqəsi ve şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək.

İş şərtləri:

  • Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Ünvan: Mədən küç., 4, Binəqədi.
  • Əmək haqqı: 2000-2500 azn

Maraqlanan namizədlər mövzu yerində “DS rəhbəri” yazmaqla öz CV-lərini [email protected] göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.