Texniki nəzarət üzrə mühəndis

  • Ricon MMC
  • Elanın qoyulma tarixi: 21.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
  • Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
  • Iş təcrübəsi: Ən az 7 il iş təcrübəsi olmalı (İnşaat sahəsində müvafiq iş təcrübəsi arzuolunandır)
  • Yaş: 30-55
  • Cins : Kişi
  • Dil bilikləri: İngilis dili ( mütləq), Rus dili (arzuolunan)
  • Kompüter bilikləri: Kompüterdə ofis proqramlarında sərbəst işləmək bacarığı

Bilməlidir:

  • İSO standartının əsaslarını;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
  • Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri,tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını.
  • Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını;
  • Tikinti sahəsində olan istehsal avadanlıqlarını, onların istismar qaydalarını;

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir.
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
  • İş prosesində zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
  • İş prosesində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir.
  • Ümümi jurnal hazırlayıb ,tikinti sahələrinə təqdim etmək;
  • Beton, Armatur, Müəllif nəzarəti jurnalı hazırlamaq və tikinti sahələrinə vermək.
  • F№2 sifarişçilərə təstiq üçün təqdim etmək
  • Təhvil təslim aktlarını tərtib etmək və sifarişçi tərəfindən təsdiq etmək
  • Sifarişçi tərəfindən təsdiq edilmiş rəsmi F№2 texniki hesabatını(M-29) tərtib edilməsi
  • FHN tərəfindən lazım olan sənədlərin tərtib edilməsi və təqdim edilməsi
  • Şirkət tərəfindən ödəməyə gedən sənədlərin təstiq edilməsi (texniki nəzarətçi kimi)
  • Təşkilatın layihələrinin icrası zamanı baş verən çətinlik və uğursuzluqların(geciktirmə,keyfiyyətin aşağı düşməsi və s.) səbəblərini, layihə obyektlərinin istismarı haqqında məlumatları analiz edir;
  • Başa çatmış tikinti-montaj işlərinin qeydini aparır;
  • Ümumi tikinti planının icrası haqqında hesabat üçün lazım olan məlumatları hazırlayır;
  • Tikinti təşkilatları tərəfindən nöqsanların aradan qadırılmasının keyfiyyətinə nəzarət edir;
  • Tikinti-montaj işlərinin icrasını,podratçı təşkilatlardan başa çatmış işlərin qəbulunu,başa çatmış tikinti-montaj işlərin və obyektlərin qəbulunu həyata keçirir,lazımi texniki sənədləşməni tərtib edir;
  • Tikinti zamanı üzə çıxan layihə üzrə qərar dəyişikliklərin müzakirə və razılaşdırılmasında,tikinti obyektlərinin qəbul və istismarını həyata keçirən komissiyada iştirak edir:

İş qrafiki: 6 günlük iş qrafiki

Əmək haqqı: müsahibə zamanı təyin olunur

[email protected]