İşin təsviri
Namizədə tələblər:
- Yaş: 20-30;
- Təhsil: İqtisadi/biznesin idarə olunması ixtisasları üzrə ali təhsil arzu olunandır;
- İş təcrübəsi: Sığorta təcrübəsi arzuolunandır, lakin əsas deyil;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis(əla) və Rus(orta/əla) dillərində sərbəst yazı və şifahi danışıq bacarığı;
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Power Point proqramları) üzrə yaxşı biliyə malik olmaq.
Şəxsi keyfiyyətlər:
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
- Riyazi düşünmə;
- Konfidensiallığa riayət etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Şirkətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək;
- İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət qurmaq;
- Müştərilərlə danışıqlar aparmaq, yeni müştərilərin cəlb olunmasında köməklik etmək;
- Müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun təkrarsığorta şərtləri təklif etməsinə köməklik etmək;
- Təkrarsığorta şərtləri haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta və təkrarsığorta müqavilələrinin layihələrinin hazırlanması;
- Mövcud müştərilərlə təkrarsığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
- Departamentə daxil olan sənədlərin qeydiyyatını aparmaq və göndərilməsini təşkil etmək;
- Müştərilər haqqında informasiyanı məlumat bazasına daxil etmək;
- Təkrarsığorta haqlarının ödənilməsi prosesinin tənzimlənməsində iştirak etmək;
- Bağlanmış təkrarsığorta müqavilələri üzrə aylıq hesabatın hazırlanmaq və rəhbərliyə təqdim etmək;
- Mövcud müştərilərlə və daxil olan müraciətlərlə aparılan işlərin hesabatının tərtib edilməsi;
- Şirkətin müvafiq strukturlarına tələb olunan formada hesabatlarını təqdim etmək;
- Zəruri hallarda lazım olan sənədləri azərbaycan, ingilis və ya rus dillərinə tərcümə etmək;
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır;
- Könüllü tibbi sığorta;
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
Əmək haqqı:
- Sabit əmək haqqı ilk 3 ay sınaq müddəti ərzində 400-500 AZN (müsahibə əsnasında);
- Sınaq müddətindən sonra 600-700 AZN;
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] elektron poçt ünvanına göndərsinlər.
Məlumatlandırıcı qeydlər: Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.