İşin təsviri
Öhdəliklər:
- İnformasiya texnologiyaları bazarında təqdim olunan məhsul və xidmətlər haqqında tam məlumatlı olmaq;
- Yeni texnologiyaların tətbiqi və inkişafı;
- Müştərilərin loyallığının artırılması məqsədilə onların müraciətləri və tələblərini nəzərə alaraq, texniki cəhətdən yeni, effektiv (optimal) və etibarlı həll yolları təklif etmək;
- Yeni imkanlar yaratmaq üçün potensial müştərilərlə görüşlər təşkil etmək;
- Müştərilər üçün təkliflər hazırlamaq;
- Yeni proseslərin mövcud sistemə inteqrasiyasını həyata keçirmək;
- Korporativ qoşulmaların koordinasiyasını həyata keçirmək;
- Yeni məhsulların tətbiqi və inkişafı, eləcə də mövcud məhsulların təkmilləşdirilməsi;
- Yeni bazarların axtarışı, inkişafı və satışın təkmilləşdirilməsi;
- İnteqrasiya və gələcək inkişaf istiqamətini müəyyənləşdirmək;
- Yeni marketinq təşəbbüslərini planlaşdırmaq;
- Biznesin inkişafı üçün məqsədlərin hazırlanması və onların yerinə yetirilməsini təmin etmək;
- Tabeçiliyində olan İşçi heyətinin təlimlərlə təmin edilməsi və onların bacarıqlarının daim inkişaf etdirilməsi.
Namizədə verilən tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
- MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
- Ünsiyyət qura bilmə bacarığı;
- Danışıqların aparılması;
- Heyətin idarəedilməsi.
İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.
Müraciət qaydası:
CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “İnteqrasiya və inkişaf şöbəsinin rəhbəri” yazmaqla göndərə bilərsiniz.