Anbardar (Gəncə)

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 17.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək;
  • Rəhbəri olduğu anbarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək;
  • Zədəli və servisə göndərilməli olan malların aktlara və sənədlərə uyğun, vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək;
  • Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirmək ,motivə etmək və kollektiv ruhunnnu qorumaq;
  • Satış zamanı və ya sifarış tələbi əsasında anbardan nəzərdə tutulan malın düzgün çıxışını təşkil etmək;
  • Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək,
  • Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və mağaza müdirini məlumatlandırmaq;
  • Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və mağaza müdirinə təqdim etmək.

Tələblər:

  • Təhsil: Ali/Orta-ixtisas
  • Sahə üzrə 3-5 il iş təcrübəsi
  • Yaş:30-50
  • Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili(arzuolunandır)
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.)
  • Əmək haqqı: 800+

Namizədlər CV-lərini “Anbardar(Gəncə)” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Email: [email protected]

İşəgötürənin reytinqi