İdarəçilik üzrə əmək haqqılı təcrübə proqramı

İşin təsviri

İqtisadiyyat, Politologiya, Beynəlxalq Münasibətlər, Regionşünaslıq,  Menecment, Sosial İş və əlaqəli sahələrdə geniş təcrübə qazanmaq istəyən tələbələrin və yeni məzunların nəzərinə!  ADM 3 aylıq təcrübə proqramı elan edir!

Ümumi məlumat:

Gənclər təhsil sahəsində keçirdiyi layihələrlə geniş auditoriyanı əhatə edən Azərbaycan Diplomatiya Mərkəzinin beynəlxalq münasibətlər, xaricdə təhsil, layihələrin idarə olunması, vətəndaş problemlərinin həlli və bu kimi digər şöbələrində adı çəkilən sahələr üzrə peşəkar karyera qurmaq üçün ilk addımlarını atacaqlar.

Belə ki, bu proqram əsasında siz aylıq əmək haqqı almaqla yanaşı həftədə bir dəfə yerli və xarici professor heyətinin treninqlərinə qoşularaq idarəetmənin əsas prinsiplərini, o cümlədən incəlikləri ilə yaxından tanış olacaqsınız. Təcrübə proqramı 3 ay davam edəcək.

Həftənin 5 günü iş prosesi (xidmət haqqı ilə);

Həftə sonları treninqlər;

Ən sonda dünyanın 80-dən çox ölkəsində tanınan beynəlxalq sertifikat ilə təmin olunacaqsınız.

Xüsusi bacarıqlarını sərgiləyən əməkdaşlar Türkiyədə 2 həftəlik təcrübə proqramına göndəriləcəklər.

Tələblər:

  • İqtisadiyyat, Menecment, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Sosial İş və əlaqəli ixtisaslarda təhsil alan II, III, IV kurs və ya magistr tələbələri və ya yeni məzun;
  • 18-30 yaş aralığı;
  • Səlis Azərbaycan dili;
  • Xarici dil bilikləri: Rus və ya İngilis dili (arzuolunandır);
  • Öyrənməyə həvəsli, detallara diqqətli, punktual və məsuliyyətli, gülərüz və çevik;
  • Həvəsli, bacarıqlı və tələbkar;
  • Komandada işləmək bacarığı;
  • MS Office baza bilikləri;
  • 3 aylıq könüllülük və ya iş fəaliyyəti

Təcrübə proqramı sizə nə qazandıracaq:

  • Sonda referans məktubu (yalnız nümunəvi əməkdaşlara) ;
  • 2 aylıq təmənnasız ingilis dili paketi;
  • Sonda beynəlxalq sertifikat;
  • Təcrübə proqramında yüksək qiymətləndirilən şəxslər Türkiyənin tanınmış universitet və ya araşdırma mərkəzlərindən birində 14 günlük iş təcrübəsi əldə etmə şansı qazanacaq.

Təcrübə qroqramına qəbul edilən təcrübəçilər Beynəlxalq Sertifikat proqramında rəsmi sertifikat  rüsumu olaraq 200 azn ödəniş edəcəklər.

Təcrübəçilərə 3 aylıq müddət üçün ayrılan xidmət haqqı ümumilikdə 800-1000 AZN təşkil edir.

Son müraciət tarixi: 30 Dekabr

Əlaqə üçün:

Əlaqə nömrəsi : +994 50 800 11 13

Ünvan : Bakı şəh., Səbail ray., Nizami küçəsi 6