Layihə koordinatoru

İşin təsviri

İşin təsviri:

  • Layihə və təlimlər üçün nəzərdə tutulmuş sistem üzərindən çalışmaq;
  • Vətəndaşlara layihə və təlimlər barədə məlumatın verilməsi, vətəndaşların yarana biləcək suallarının cavablandırılması;
  • Təqdim edilən sənədlərə baxış keçirilməsi, tamlığı və düzgünlüyünün yoxlanılması;
  • Tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;
  • Rəhbərliyə görülən işlər barədə günlük və həftəlik hesabatların təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 22-30
  • Oxşar sahədə iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək;
  • Dil bilikləri: Azərbaycan dilində səlis və yüksək nitq qabiliyyəti;
  • Komputer bilikləri;
  • Kollektivdə işləmək bacarığı;
  • Məsuliyyətli və punctual

İş şəraiti:

  • İş rejimi 6 günlükdür;
  • İstirahət vaxtları bazar günləri və bayram günləri sayılır;
  • Ə/h: İlk 3 ay üçün xidmət haqqı ümumilikdə 800-1200 AZN təşkil edir, sonrakı aylarda əmək haqqı əməkdaşın bilik və bacarıqlarına əsasən, habelə ilk aylardakı fəaliyyəti qiymətləndirilməklə təyin ediləcək və aylıq olaraq ödəniləcəkdir.

Vakansiyanın tələblərinə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Layihə Koordinatoru” qeyd edərək göndərmələri tələb olunur.

Müraciətlərin qəbulu üçün son tarix: 30 Yanvar 2023. Yalnız ilkin mərhələdə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Email: [email protected]