İnzibati işlər üzrə mütəxəssis

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 16.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.

İş təcrübəsi: 1-3 il

Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Şirkətin təssərüfat və inzibati işlərinin idarə edilməsi.

Vəzifə öhdəlikləri: 

  • Şirkətin inzibati binalarının təmir, təmizlik və s. işlərinin görülməsində, su təchizatı, havalandırma, işıqlandırma və s. sistemlərinin sazlığının qorunmasında müvafiq tədbirlər görmək
  • Ofis daxilində yerdəyişmə proseslərində, yeni binalara köçmə və yerləşmə prosesində fəhlələrin işinə rəhbərlik etmək
  • Gündəlik planlaşdırılmış təsərrüfat tapşırıqlarını yerinə yetirmək və nasazlıqların aradan qaldırılması üçün hazır vəziyyətdə olmaq
  • Ofis otaqlarında və ofisin mebel avadanlıqlarında təmir işlərinin həyata keçirilməsini təmin etmək
  • Yeni işə çıxan işçilər üçün korporativ nömrələrin limitinin təyin olunması və verilməsi
  • İş sahəsinin günlük təftişini həyata keçirmək
  • İnzibat işlərdə istifadə ediləcək məhsulların yerlərinə çatdırılmasını təmin etmək
  • Mütəmadi olaraq şöbənin prosedurlarını nəzərdən keçirmək və lazımi dəyişiklikləri etmək
  • Tullantıların idarə olunmasına nəzarət etmək
  • Anbar üzrə bütün kardon və sellofan qalıqlarını toplamaq, xüsusi saxlanc yerində saxlamaq və onları şirkət tərfindən razılaşdırılmış emal firmasına təhvil vermək
  • İşçilərə nəqliyyat vasitələri üçün benzin və amortizasiya xərcinin prosedura uyğun olaraq verilməsi
  • Gündəlik olaraq işçilər üçün ayrılan müqaviləli servislərin hərəkət cədvəlinə uyğun nəzarətin həyata keçirilməsi
  • Alınan bəzi təsərrüfat mallarının sifarişini həyata keçirmək və alışını təqib etmək
  • Xarici xidmətlərin monitorinqini aparmaq və keyfiyyətinə nəzarət etmək

Tələblər:

  • Dəqiq, punktual olmaq; 
  • Planlama qabiliyyəti;
  • Yüksək təşkilatçılıq bacarığı;
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə “İnzibati işlər üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.

Email: [email protected]