Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə şöbəsinin rəisi

İşin təsviri

Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı:  Bakı şəhəri, Ələddin Quliyev küçəsi 1
Tələb olunan təhsil istiqaməti/ixtisası:    Energetika mühəndisliyi
Elektrik təsərrüfatı
Elektrik təchizatı sahəsi
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 5 il
Tələb olunan komputer bilikləri: MS Word-yaxşı; MS Excel-yaxşı.
Tələb olunan xarici dil bilikləri: Rus dili – yaxşı.

Vəzifə üzrə tələb olunan biliklər:

  • Texniki istismar qaydaları üzrə biliklər; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:        

Ümumi fərdi keyfiyyət meyarları:

  • Motivasiya;
  • Komanda işi;
  • Nəticəyönümlülük;
  • Etibar yaratma;
  • Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

  • Keyfiyyət yönümlülük;
  • Dəyişikliklərə uyğunlaşma;
  • Məlumat əldə etmə.

Rəhbərlik üzrə fərdi keyfiyyət meyarları:

  • Təsir göstərmə;
  • Hədəfi müəyyənləşdirmə;
  • Komanda işini təşviq etmə.

Vəzifə öhdəlikləri:

  •  Ayrı-ayrı zonalar üzrə bərpa olunan enerji resurslarının, o cümlədən günəş, külək, su axınları mənbələrinin müəyyən olunması;
  • Yerli və xarici mütəxəssisləri cəlb etməklə müasir texnologiyaların tətbiqi üçün optimal şəraitlərin öyrənilməsi;
  • Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunan ərazilərdə enerji mənbələrindən istifadənin səmərəliliyinin uçotunun aparılması;
  • Bu sahədə müasir texnologiyaların, texnika, qurğu və avadanlıqların tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi;
  • Müvafiq sahədə fəaliyyət göstərən təşkilat və müəssisələrin müvafiq sahə üzrə fəaliyyətinə, bu sahədə avadanlıqların quraşdırılmasına, qurğulardan düzgün istifadə olunmasına və müəyyən edilmiş qaydada saxlanılmasına nəzarət edilməsi;
  • Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunan ərazilərdə əhalinin və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi, əhalinin məlumatlandırılması və ekoloji monitorinqin keçirilməsi. 

Son müraciət tarixi: 20/12/2021

https://career.ady.az/Vacancy/Get?id=1841#vp