Anbardar (Sabirabad)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi və buraxıması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan material, inventar və s. təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik edir.  
  • Anbara yığılmış əmtəə maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi. 
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi. 
  • Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığının və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
  • Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi.
  • Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.  
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər:

  • Ali təhsil arzuolunandır
  • Müvafiq sahə üzrə təcrübə arzuolunandır
  • MS office (Word/Excel) bilikləri, 1C bilikləri üstünlükdür
  • Sabirabad rayonunda yaşan şəxs olmalıdır

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki:  Altı günlük iş həftəsi
  • İş yeri: MKT İK MMC-nin müvafiq filialı
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Anbardar(Sabirabad)” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz. Yalnız qeyd olunan ərazidə yaşayan şəxslərin müraciətləri dəyərləndiriləcək.

Email: [email protected]

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar