İşin təsviri
Vəzifə öhdəlikləri:
- Linux-a əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi (RHEL/Debian/SuSe);
- Linux əməliyyat sistemlərində Web servislərin idarəsi (Apache,nginx,tomcat etc…);
- Mərkəzləşdirilmiş konfiqurasiya idarəetmə sistemləri anlayışı;
- Monitoring serverlərinin (zabbix/grafana/ELK) nəzarəti;
- Sistemdə nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi Virtual VMware serverlərinin quraşdırılması və müşayiəti;
- Serverlərin informasiya təhlükəsizliyinin Əməliyyat Sistemi səviyyəsində təmin edilməsi.
- Serverlərdə və İT infrastrukturunda yaranana biləcək problemlərin həlli;
- Serverlərin (DELL, HP,IBM və s.) funksionallığını maksimum səviyyədə qalması üçün profilaktik işlərin aparılması;
- Serverlərdə və Əməliyyat sistemlərində problemlərinin müəyyən edilib həll edilməsi;
- Monitorinq sistemi vasitəsilə mövcud Server infrastrukturunun izlənilməsi;
- Serverlərin fiziki sazlığının təmin olunması;
- Serverlərin (virtual maşınların) konfigurasiyasının backuplarının çıxarılmasına nəzarət;
- İT prosedurları və siyasəti çərçivəsində digər öhdəliklərin icrası.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (texniki təhsil arzu olunandır);
- Linux əməliyyat sistemlərində sərbəst işləmə (Network and FC Interfaces, LVM, RHEL,SLES üzrə əsas conf-fayllar,müxtəlif paketlərin və patch fayllarının tətbiq edilməsi, Log-ların analiz edərək nasazlıqların aydınlaşdırılması və sistemin monitorinqinin təşkili)
- Linux əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
- Linux əməliyyat sistemlərini yüksək yüklənmələr altında istismar edilməsinin quraşdırılması üzrə iş təcrübəsi;
- Windows Server (AD, DHCP, DNS,DFS,NFS,NTP,Failover Clustering) üzrə iş təcrübəsi;
- VMware Virtualization sferasında sərbəst işləmə (VM və Hostların tətbiq olunması,ESXi Clustering,vCenter Administration,Move,Migrate,Clone,Datastore configuring,Troubleshooting,Monitoring and Log analyzing);
- Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
- Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
- Rus və İnglis dili (texniki səviyyədə mütləqdir)
- İT sahəsində ən azı 3 il təcrübəsi
- Komandada işləmək bacarığı,
- Stresə dözümlük
- 24\7 rejimində işə qoşulmaq hazırlığı (iş vaxtdından artıq iş şirkət tərəfindən AR Əmək Məcəlləsinə əsasən ödənilir)
- IT sahəsində peşakar sertifikatın olması üstünlükdür
Vakansiyanın tələblərinə cavab verən namizədlər CV-lərini [email protected] email ünvanına 05.01.2022-ci il tarixinə qədər göndərə bilərlər. Məktubun mövzu hissəsində “Sistem üzrə mühəndis” qeyd edilməsi mütləqdir. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.