Tikinti üzrə direktor

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 12.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikintinin idarə olunması sistemini təkmilləşdirir və inkişaf etdirir;
  • Tikinti işlərini idarə edir, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirir;
  • Yüksək keyfiyyətli tikinti işlərini təmin edir;
  • Tikinti işləri üzrə sənədləşmənin aparılmasına rəhbərlik edir;
  • Layihələrin iş planına, razılaşdırılmış müddətə və ayrılmış büdcəyə uyğun olaraq reallaşdırılmasını təşkil edir;
  • Tikinti üzrə hesabatları və təqdimatları hazırlayır və sahibkara təqdim edir;
  • Normativ göstəriciləri sərtləşdirmək məqsədi ilə layihə çərçivəsində yeniliklər hazırlayır; 
  • Tikinti üçün tələb olunan işçi heyətinin formalaşdırılmasında birbaşa iştirak edir;
  • Tikinti üzrə digər fəaliyyəti həyata keçirir.

Tələblər:

  • İnşaat sahəsində ali təhsil;
  • Tikinti sahəsində minimum 5 il, o cümlədən minimum 2 il tikinti rəhbəri vəzifəsində iş stajı olmalıdır;
  • Tikinti normativlərini və standartları yüksək səviyyədə bilməlidir;
  • İnşaat materiallarını və onların xüsusiyyətlərini bilməlidir;
  • İşin təşkili və idarəetmə bacarığı olmalıdır;
  • Azərbaycan dili zəruridir, rus dilinini bilməsi arzuolunandır;
  • Word, Excel və Autocad proqramlarını bilməlidir.

İş şəraiti:

  • 6 günlük iş rejimi. İstirahət günü: Bazar
  • Nahar yeməyi təmin edilir
  • Korporativ nömrə verilir
  • Əmək haqqı namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən edilir.

 

https://glorri.com/bizimmarket/61b6f68d61839d2c460b80e1-Tikinti%20%C3%BCzr%C9%99%20direktor?sources=JobSearch