İşin təsviri
Tələblər:
- İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- 2 il audit və təftiş sahəsində təcrübəsi olmalıdır;
- 1C 8.3 proqramı üzrə işləyə bilməli;
- MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;
- Azərbaycan dilini yaxşı səviyyədə bilməlidir;
- Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
- Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
- Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;
- İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
Vəzifələri:
- Satışda olan məhsulların sayılması;
- Əmtəə görünüşünün yoxlanılması;
- Məhsulların qəbulunda iştirak edərək, onların sayımına, keyfiyyətinə nəzarət edilməsi;
- Məhsulların istehsal keyfiyyətinin yoxlanılması;
- Təftiş şöbəsinin rəhbərliyinə müvafiq hesabatların verilməsi.
İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Təftiş üzrə mütəxəssis” qeyd edərək CV ilə [email protected] müraciət edə bilərlər.