İşin təsviri
                
                
                                
                Namizədə tələblər:
	- Təhsil : Ali texniki
 
	- Metalkonstruksiyanın və üst qurğuların, kənd təsərrüfatı qoşqularının layihələndiliməsi sahəsində minimum 5 il iş təcrübəsi olmalı 
 
	- Metalkonstruksiya və üst qurğuların, kənd təsərrüfatı qoşqularının standart cizgiləri oxumağı bacarmalı
 
	- Metalkonstruksiyanın, üst qurğuların və kənd təsərrüfatı qoşqularının istehsal olunma və quraşdırılma gedişatını yaxşı başa düşməli 
 
	- Texniki səviyyədə ingilis dili bilməli 
 
	-  Microsoft Office proqramlarını bilməli 
 
	- AutoCAD, Tekla, Solidworks proqramlarını bilməli
 
	- Yaş : 27 - 45
 
Vəzifə Öhdəlikləri:
	- Metal konstruksiyaların, üst qurğuların və kənd təsərrüfatı qoşqularının sifarişçi sənədlərinə istinadən TEKLA və ya SolidWorks proqramlarının köməyi ilə modellənməsi, mexaniki detalların, qoşqu və avadanlıqların və işçi layihələrinin hazırlanması
 
	- Ümumi plan, yığım və detal çizgilərinin standartlara görə hazırlanması 
 
	- Ön emalat kəsimlərinin və qaynaq raportlarının hazırlanması;
 
	- Sifarişçi cizgilərində baş vermiş dəyişikliyə görə istehsalat cizgilərinin reviziyası 
 
	- Layihələrin oxunması və düzəlişlərin edilməsi
 
	- Emalat ardıcıllığına nəzarət
 
	- Materialların seçilməsi və planlanması
 
	- Həcimlərin hesablanması və qarşılaşdırılması
 
Əlavə məlumat:
	- Əmək haqqı: 2000+ AZN
 
	- Korporativ nömrə ilə təmin edilmə
 
	- İş qrafiki: 6 gün,
 
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mühəndis konstruktor" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.