Mexatronika və robotexnika üzrə mühəndis

  • Improtex Group
  • Elanın qoyulma tarixi: 28.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Robot texnikasının müxtəlif sahələrində tədqiqatların aparılması
  • Dizayn prosesləri və prototiplərin hazırlanması
  • Robotlaşdırılmış sistemlərin sınaqdan keçirilməsi
  • Tələblərə cavab verən komponentlərin layihələşdirilməsi, hazırlanması və quraşdırılması.
  • Problemləri və ya çatışmazlıqları təhlil etmək və onları aradan qaldırmaq üçün həllər hazırlamaq.
  • Məhsulun dizaynında innovasiyaların təkmilləşdirilməsi və tətbiqi üçün eksperimentlər və qiymətləndirmələrin aparılması.
  • CAD texnologiyasından istifadə edərək plan və layihələrin yaradılması.
  • Hər bir layihə üçün büdcələrin və vaxt çərçivələrinin qiymətləndirilməsi.
  • Bizim komandamızda layihə menecerləri və digər mühəndislərlə əməkdaşlıq.

Tələblər və bacarıqlar:

  • Robot mühəndisi və ya oxşar vəzifədə əvvəlki iş təcrübəsi (minimum 1 il)
  • informatika, elektronika və programlaşdırma üzrə biliklərə sahib olmalı.
  • “Internet of Things” (IoT) və Hidravlik – pnevmatik sistemləri barədə məlumatlı olması arzu olunandır
  • Mühəndislik, kompüter elmləri və ya oxşar sahədə biliklərin olması
  • İnteqrasiya edilmiş sistemləri inkişaf etdirmək və qiymətləndirmək bacarığı
  • Analitik düşüncə, ünsiyyət qurma və komandada işləmə bacarığı
  • Əmək haqqı AZN1500+

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mexatronika və robotexnika üzrə mühəndis" sözünü qeyd etməklə elektron poçtuna göndərə bilərlər.

Email : [email protected]