Əməliyyatlara xarici nəzarət şöbəsinə aparıcı /baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 06.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • Bankın müxtəlif istiqamətlərində aparılan əməliyyatlara, riskli hallara, bankdaxili prosedurların və qanunvericilyin pozulması hallarına distant nəzarət etmək;
  • Mövcud daxili müşahidə sistemləri vasitəsi ilə Bankda aparılan əməliyyatlara distant yoxlamaların həyata keçirilməsi;
  • Aparılmış yoxlama nəticələrininin rəsmiləşdirilməsi, aşkarlanmış çatışmazlıqlara dair  tövsiyə və rəyin bildirilməsi,  kənarlaşmaların və pozuntuların aradan qaldırılmasına nəzarət edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
  • İnduktiv və Analtik Təhlil  etməyi bacaran;
  • MS Office(Əsasən Excel)  proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Bankda minimum 3-5 il iş təcrübəsi olan;
  • Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected]z elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatlara xarici nəzarət şöbəsinə aparıcı mütəxəssis/baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi