Baş mühasib

  • Viva Dessert
  • Elanın qoyulma tarixi: 05.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu reyestrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu təşkil edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların verilən vaxt ərzində uçotunu, tələbat fonduna və digər ehtiyat fondlarına ayrılmaları uçotunu təşkil edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
  • Pul və mal-material qiymətlərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımı hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür.
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək
  • ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi

Namizədə tələblər:

  • Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 3-4 illik iş təcrübəsi;
  • Sahə üzrə qanunvericiliyin tələblərini yüksək səviyyədə bilmək;
  • Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Əla səviyyədə Azərbaycan dili və Rus dili biliyi;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • Mühasibatlıq proqramında ( 1C) işləmək bacarıqları;

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini e-mail ünvanına , mövzu hissəsində vakansiya adını “Baş mühasib” qeyd edərək göndərilməsi xahiş olunur.