Baş qənnadçı

  • Viva Dessert
  • Elanın qoyulma tarixi: 05.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 28-45 yaş arasında;
  • Bu sahədə təhsili arzuolunandır;
  • Azərbaycan və Rus dilləri üzrə mükəmməl biliklər;
  • Milli və Xarici şirniyyat bilikləri;
  • Müvafiq vəzifə üzrə ən azı 5 il iş təcrübəsi;
  • Menyunun hesablanması və hazırlanması üzrə mükəmməl biliklər;
  • Mikserlər,sobalar və müvafiq avadanlığı ilə işləmə bacarığı;
  • Yaradıcılıq,məsuliyyət,zamanın idarə olunması;
  • Kollektiv ilə işləmə bacarığı;
  • Diqqətli və ünsiyyətcil olması.

Əsas vəzifə və öhdəliklər:

  • Standartlara, prosedurlara uyğun olaraq keyfiyyətli, çeşidli şirniyyatların, desertlərin hazırlanması və dekoru;
  • Menyu tərtibatını icra etmək (kalkulyasiya, reseptlərin, texniki xəritələrin hazırlanması);
  • Milli və xarici mətbəxlərin qənnadı məmulatlarının bişirilməsi;
  • Buraxılan qənnadı məmulatlarının, undan hazırlanma məmulatların çeşidlərinin genişləndirilməsi, yeni məhsul növlərinin tətbiqi üzrə təkliflərin hazırlanması;
  • Müxtəlif növ xəmirlərin hazırlanması və şirniyyatların bəzədilməsi texnologiyasını bilməlidir;
  • Tabeçiliyində olan qənnadçıların iş bölgüsünün təşkili, nəzarəti,onların işini tənzimlənməsi və təlimatlandırılması;
  • Bütün qənnadı sexinin işinin keyfiyyətinə görə məsuliyyətin daşınması;
  • Qida məhsullarını standartlara uyğun olaraq hazırlanma prosesinin təşkil edilməsi;
  • Qida məhsullarının və şirniyyatların keyfiyyətinə, çatdırılma müddətinə,dekorasiyasına gündəlik nəzarəti və standartlara uyğun olaraq saxlanılmasının təmin edilməsi; 
  • Sifarişlərə əsasən gigiyena şərtlərinə uyğun, keyfiyyətli şirniyyatların, desertlərin vaxtında hazırlanması, dekor edilməsi və təqdimatı;
  • Satışa verilən məhsulların qablaşmasını və nişanlanmasını təşkil etmək;
  • Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyyatla istifadə edərək məhsul itkilərin və tullantıların minimuma endirilməsinin təmin edilməsi;
  • İş zamanı gigiyena qaydalarına riayət etmək və bütün lazımi avadanlıqların işlək vəziyyətdə olmasından əmin olmaq;
  • Qida məhsullarının günlük tələbatını müəyyənləşdirmək və düzgün miqdarda və çeşidlərdə sifariş etmək;
  • Həftəlik olaraq anbarın sayılması, qeydiyyatının aparılması, çatışmamazlıqlar barəsində aidiyyəti şöbəyə məlumatı təqdim edərək, məsuliyyətin daşınması.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət. 

CV göndərərkən mövzu yerinə vakansiyanın adı  qeyd olunsun. 

Viva Dessert tərəfindən digər vakansiyalar