İşin təsviri
Tələblər:
- Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
- Microsoft Office programları üzrə biliklərə malik olmalı;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
İş barədə:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi ;
- Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
- Balansın yoxlanılması və növbənin əvvəlində kassanın qəbulu;
- Mal və məhsulların qaimə üzrə İiko sisteminə daxil edilməsi;
- Kassada müştəri xidməti;
- Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasını nəzarət etmək və lazım gələrsə onu doldurmaq;
- Alqı – satqı zamanı alıcılara məsləhət vermək;
- Satış üçün malların hazırlanması;
- Malların qiymət etiketlərinə nəzarət etmək;
- Malların saxlama müddətinə nəzarət etmək;
- Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək;
- Kassa intizamına riayət olunması;
- Vəsaitlərin təhlükəsizliyinin təmin edilməsi;
- İnkasasiyada iştirak etmək;
- Kassanın açılması / bağlanması.
Şirkət təklif edir:
- Növbəli iş cədvəli ilə altı günlük iş həftəsi
- İstirahət: Həftədə bir dəfə
- Peşəkar inkişaf və irəliləyiş
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini , mövzu hissəsində vakansiya adını “Xəzinədar-satıcı” qeyd edərək göndərilməsi xahiş olunur