Xəzinədar-satıcı

  • Viva Dessert
  • Elanın qoyulma tarixi: 31.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
  • Microsoft Office programları üzrə biliklərə malik olmalı;
  • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

İş barədə:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi ;
  • Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin  nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
  • Balansın yoxlanılması və növbənin əvvəlində kassanın qəbulu;
  • Mal və məhsulların qaimə üzrə İiko sisteminə daxil edilməsi;
  • Kassada müştəri xidməti;
  • Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasını nəzarət etmək və lazım gələrsə onu doldurmaq;
  • Alqı – satqı zamanı alıcılara məsləhət vermək;
  • Satış üçün malların hazırlanması;
  • Malların qiymət etiketlərinə nəzarət etmək;
  • Malların saxlama müddətinə nəzarət etmək;
  • Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək;
  • Kassa intizamına riayət olunması;
  • Vəsaitlərin təhlükəsizliyinin təmin edilməsi;
  • İnkasasiyada iştirak etmək;
  • Kassanın açılması / bağlanması.

Şirkət təklif edir:

  • Növbəli iş cədvəli ilə altı günlük iş həftəsi
  • İstirahət: Həftədə bir dəfə
  • Peşəkar inkişaf və irəliləyiş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini, mövzu hissəsində vakansiya adını “Xəzinədar-satıcı” qeyd edərək göndərilməsi xahiş olunur

Viva Dessert tərəfindən digər vakansiyalar