Hidravlik

  • Metak
  • Elanın qoyulma tarixi: 05.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Yüksək təzyiq altında çalışan hidravlik avadanlıqlarının  və mürəkkəb formalı maşınqayırma sahəsi üzrə dəzgahların hidravlik sisteminin stabil işini təşkil edir;
  • Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını, eləcə də dəzgahların hidravlika sahəsinə baxış, texniki sınaq və profilaktik təmir işlərini  təşkil edir;
  • Avadanlıqların vaxtından əvvəl sıradan çıxma qarşısını almaq məqsədi ilə tələb olunan gündəlik, aylı və illik təmir profilaktik tədbirləri qrafik üzrə yerinə yetirir;
  • Yağ nasoslarının təmizlənməsini və nasaz olanların təmirini təmin edir;
  • Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır;
  • Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin edir;
  • Yağların texniki tələblərə uyğun olmasına daim nəzarət edir;
  • Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sahə rəisinə məlumat verir.

İşə dair tələblər:

  • İş təcrübəsi: 3-5 il;
  • Hidravlik  sistemləri üzrə təcrübə;
  • İş planlama və təşkil etmə bacarığı;
  • Məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik.

İş şərtləri:

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İstirahət: bazar günü;
  • Nahar və nəqliyyat xidməti şirkət tərəfindən təmin olunur.

Maraqlananlar CV-lərini https://job.metak.az/vacancy/show/44 və ya [email protected] ünvanına göndərərək, 06.01.2021– ci il tarixinə kimi müraciət edə bilərlər.