Hüquqşünas

  • ArchiCO
  • Elanın qoyulma tarixi: 02.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək və rəy vermək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək; 
  • Məhkəmələrdə və digər orqanlarda şirkəti təmsil etmək; 
  • Daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktları göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
  • Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Vəzifəsindən irəli gələn digər tapşırıqları icra etmək.

Vəzifəyə dair tələblər:

  • Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır); 
  • Hüquq sahəsi üzrə azı 3 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
  • Mülki, mülki-prosessual, İnzibati, inzibati-prosessual, həmçinin tikinti üzrə qanunvericiliyini bilmək;
  • Regionlara səfər etmək imkanına malik olmaq;
  • Microsoft və ofis proqramlarını bilmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

CV-lərinizi e-mail ünvanına "Hüquqşünas" başlığı ilə [email protected] göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi