İşin təsviri
Vəzifə öhdəlikləri:
- Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan daxili və xarici müqavilələri hazırlayır, onların reyestrini aparır və mütəmadi yenilənməsini təmin edir;
- Təşkilatın maliyyə əməliyyatları, borcların idarə olunması və kolleksiya fəaliyyəti ilə bağlı daxili qayda, prosedur və əsasnamələrin hüquqi ekspertizasını həyata keçirir, təkmilləşdirmə üzrə təkliflər verir;
- Müştərilərlə, partnyorlarla və digər hüquqi şəxslərlə bağlanmış müqavilələrin hüquqi risklərini qiymətləndirir və uyğun tövsiyələr hazırlayır;
- Təşkilatın tərəf olduğu bütün müqavilələrə hüquqi ekspertiza verir və viza prosedurunu həyata keçirir;
- Təşkilat tərəfindən verilən etibarnamələrin hüquqi əsaslarını yoxlayır və onların düzgün tərtibini təmin edir;
- Kolleksiya prosesində iştirak edən əməkdaşlara hüquqi dəstək göstərir, borclularla aparılan danışıqlarda hüquqi çərçivənin qorunmasına nəzarət edir;
- Borclularla bağlı məhkəmə iddialarının qaldırılması üçün zəruri sənədləri toplayır, hüquqi analiz aparır və müvafiq məhkəmə orqanlarına təqdim edir;
- Məhkəmələrin qətnamə və qərarları ilə razılaşmadıqda apellyasiya və ya kassasiya şikayətlərini hazırlayır, prosesi nəzarətdə saxlayır;
- Təşkilatın hüquqi risklərini qiymətləndirir və risklərin minimallaşdırılması üzrə tədbirlər görür;
- Tələb olunduqda dövlət və icra orqanları, notariat kontorları və məhkəmələrdə təşkilatın təmsilçiliyini həyata keçirir;
- Təşkilatın hüquqi fəaliyyəti üzrə aylıq və illik hesabatlar hazırlayır, rəhbərliyə təqdim edir;
Tələblər:
- Hüquq sahəsində ali təhsil;
- 3-5 il korporativ və ya maliyyə-hüquq sahəsində iş təcrübəsi (kollektor təşkilatında təcrübə üstünlükdür);
- Müvafiq qanunvericiliyi – Mülki Məcəllə, İcra haqqında Qanun, Bank və Kredit ittifaqları haqqında qanunvericilik – yüksək səviyyədə bilmək;
- Yüksək məsuliyyət və analizetmə bacarığı;
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Detallara diqqət və məxfilik prinsiplərinə əməl etmək;
- Azərbaycan dilini mükəmməl bilmək, Rus və İngilis dillərini bilmək üstünlükdür;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook və s.) sərbəst işləmək bacarığı.
İş barədə məlumat:
- Əmək haqqı: NETT 1500 AZN+
- İş yeri : Bakı şəh, Nərimanov ray., Aşıq Molla Cümə
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00
CV-lərinizi “Korporativ hüquqşünas” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.