İnsan Resursları üzrə Biznes Tərəfdaş

  • Superfon
  • Elanın qoyulma tarixi: 01.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Xidmət etdiyi biznes strukturlarında işə qəbul,iş yerinin dəyişdirilməsi və işdən azad olunma prosesinin icrası, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlılığın aparılması;
  • Xidmət etdiyi biznes strukturlarında biznes problemlərinin araşdırılması və sürətli həll edilməsi;
  • Xidmət etdiyi biznes strukturlarında əməkdaşların motivasiya siyasətlərinin işlənib hazırlanması, tətbiqi və karyera planlamasının təşkili;
  • Vəzifə, maaş və iş yeri dəyişikliyi və eləcə də mükafatlandırma prosesinin aparılması və hesabatlılığı;
  • Xidmət etdiyi biznes strukturlarında əməkdaşların nizam-intizam pozuntuları ilə bağlı proseslərin araşdırılmasında, lazımi qərarların alınması və icrasında birbaşa iştirak edilməsi;
  • Xidmət etdiyi biznes strukturlarında iş yükü analizləri, işçi ehtiyyaclarının araşdırılmasının icrası.

Tələblər:

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil (İqtisadiyyat,İdarəetmə);
  • Dil bilikləri:Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (ingilis dilini bilməsi üstünlükdür);
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
  • Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Korporativ mobil nömrə.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ İnsan Resursları üzrə Biznes Tərəfdaş” yazıb h[email protected] göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 10.01.2022

İşəgötürənin reytinqi