Kredit yoxlanışı üzrə işçi (Ağsu filialı)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 01.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Öhdəliklər:

  • Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.   
  • Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək. 
  • Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq.
  • İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək. 

Tələblər:

  • Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi
  • Mikro və Aqro kreditlər üzrə minimum 1 il iş təcrübəsi
  • Əraziləri yaxşı tanıması
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarıqları
  • Azərbaycan dilini səlis bilmək 
  • MS Office bilikləri
  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması 

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 20 dekabr 2021-ci il tarixdən  gec olmamaq  şərtilə elektron ünvanına Subject/Mövzu  hissəsində  Kredit Yoxlanışı Üzrə İşçi (Ağsu filialı) qeyd  etməklə [email protected]http://[email protected] göndərə bilərsiniz. 

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi