Mərkəzləşdirilmiş kredit yoxlanışı işçisi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 01.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • FINCA məhsul qayda və şərtlərinə uyğun olaraq kredit müraciətlərinin çeşidlənməsi və kateqoriyalara bölünməsi: Növbəti satışlar və proseslərin paylanmasına zəmanət verilməsi üçün uyğun müraciətin Kredit Satışları Bürosuna göndərilməsi, ətraflı rəyi ərizəçiyə təqdim etməklə kredit müraciətindən imtina edilməsi;
  • Kredit müraciətinə hər hansı düzəlişlərin tələb edilməsi barədə (telefon və WhatsApp vasitəsilə) müştərilərə xəbər vermək və tələb olunmuş qaydada telefon və ya WhatsApp vasitəsilə müştərilərə dəstək göstərilməsi;
  • FINCA, kredit prosesi və kredit şərtləri barədə müştəriyə ilkin məlumatları vermək;
  • Kredit yoxlanışı prosesinin keyfiyyət və səmərəliliyini təkmilləşdirmək məqsədilə Satış komandası ilə əməkdaşlıq etmək və müxtəlif təcrübələrdə iştirak etmək;
  • Ehtiyac olarsa hesabatdan və ya sistem vasitəsilə müştərinin cari kredit və iş yeri ilə tanış olmaq; 
  • Ərizəçilərə düzəlişlərlə birlikdə müraciətlərini yenidən təqdim etmələri və ya zənglərin xüsusiləşdirilməsi üzrə təyin olunmuş qaydalar əsasında tələb olunan sənədləri təqdim etmələrini xatırlatmaq; 
  • Kredit vermə ilə bağlı nəzarətçi tərəfindən həvalə olunmuş digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Maliyyə, İqtisadiyyat və digər müvafiq sahələr üzrə Bakalavr dərəcəsinin olmasına üstünlük verilir;
  • Azərbaycan dilində səlis şifahi və yazılı bacarıqlar;
  • Azərbaycan dilindən peşəkar, yığcam və səlis qaydada istifadə edərək çat vasitəsilə müştərilərə diqqət ayıra bilmək;
  • Kredit, müştəri xidmətləri və ya əlaqəli sahələrdə 6 aydan çox iş təcrübəsi;
  • Kreditvermə prosesləri və prosedurları barədə əsas məlumatlar;
  • Microsoft Office proqramları daxil olmaqla, kompüter biliyi və bacarıqları;

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 29 dekabr 2021-ci il tarixdən gec olmamaq şərtilə elekron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşdirilmiş Kredit Yoxlanışı İşçisi qeyd etməklə [email protected] göndərə bilərsiniz. 

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi