Kredit risklərinin idarə edilməsi şöbəsində Rəhbər/mütəxəssis

  • TuranBank ASC
  • Elanın qoyulma tarixi: 29.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Kredit risklərinin ölçüməsi ilə bağlı metod və modellərin təkmilləşdirilməsi və hesabatlılığın təmin etmək;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
  • Statistik modellərin  hazırlanması;
  • Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
  • Birbaşa rəhbərinin tapşırığına əsasən, risk istiqaməti üzrə digər hesabatların hazırlanması;
  • Risk strategiyasının optimallaşdırılması və təkmilləşdirilməsi üçün şirkət data bazalarından datanı götürmək və təhlil etmək;
  • Birbaşa rəhbərinin tapşırığına əsasən, kredit riskləri şöbəsinin vəzifə öhdəliklərinə aid digər tapşırıqların icrası;

Tələblər:

  • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
  • Analitik düşünmə, yüksək təhliletmə və operativ qərarvermə qabiliyyəti;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Stress altında işləmə qabiliyyəti;
  • Yüksək ünsiyyət, aktiv,təşəbbüskar və təqdim etmə bacarığı;
  • Qiymətli kağızlar haqqında yüksək bilik;
  • Ümumi bazar risklərinin idarə edilməsi, risk metod və modelləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Komandada işləmək bacarığı;
  • İri həcmli məlumat bazası ilə işləmək bacarığı.

Üstünlük verilən bilik və bacarıqlar:

 

  • Beynəlxalq sertifikatlara (CERM,CFA, FRM) malik olması arzuolunandır;
  • Microsoft Offise proqramları (Excell, Word, Power Point) ilə yüksək səviyyədə işləmə baxarığ;
  • SQL, Python, R üzrə biliklər arzuolunandır;
  • İngilis və Rus dili bilikləri arzuolunandır;
  • Müvafiq olaraq mütəxəssis, aparıcı, baş mütəxəssis və bölmə rəhbəri vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 1, 2 , 3 və 3 ildən artıq iş təcrübəsi.

 

Email: [email protected]

Anketlərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kredit riskləri” yazmağı unutmayın.  

İşəgötürənin reytinqi