Tərcüməçi-layihə koordinatoru

İşin təsviri

Tələblər:

  • Tərcüməçilik sahəsində ali təhsil;
  • İngilis-azərbaycan və əksinə yazılı və şifahi tərcümə sahəsində ən azı 3 il təcrübə;
  • İngilis dilinin qrammatikasını mükəmməl bilməli;
  • Layihələrin idarə olunması-koordinasiyası işləri üzrə iş təcrübəsinin olması;
  • Kompüter biliyi mükəmməl olmalı (Microsoft office, Outlook);
  • Rus dilini bilməsi üstünlükdür;
  • İşində dəqiq və məsuliyyətli olmalı;
  • Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcək;
  • Yalnız xanım namizədlər müraciət edə bilər.

İş haqqında məlumat:

  • İngilis-azərbaycan və əksinə yazılı və şifahi tərcümələrin edilməsi;
  • Xarici şirkətlərlə yazışmaların və danışıqların aparılması;
  • Xarici bazardan satın alınacaq materialların araşdırılması;
  • İngilis dilində İş prosedurları, Raport, müqavilə, hesab-faktura, akt və s. hazırlanması;
  • Tender paketi sənədlərinin ingilis və azərbaycan dillərində hazırlanması;
  • Yeri və xarici layihələrə koordinatorluq edilməsi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icra edilməsi.

İş şəraiti:

  • İş saatı 09:00-18:00;
  • İstirahət günü - Şənbə və Bazar günləri;
  • Nahar firma tərəfindən təmin edilir;
  • İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir.

 

Əmək haqqı: 800 AZN

İş yeri: Sumqayıt şəhəri

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini e-mail adresinə, mövzu hissəsində “tərcüməçi-layihə koordinatoru yazmaqla [email protected] göndərmələri xahiş olunur.

Əlaqələndirici şəxs: Fidan Aşumova
Telefon: +994 50 283 00 69