Satınalma üzrə mütəxəssis

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 25.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma və təchizat zənciri ehtiyaclarının qarşılanması;
  • Şirkətin struktur vahidlərinin biznes məqsədləri üçün lazım olan malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada təmin edilməsi;
  • Satınalma və Təchizat zənciri siyasətinin, sorğu formasının təchizatçı seçimi prosedurlarının tənzimlənməsi və icrası;
  • Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi;
  • Qiymətləndirmə və Tender prosesinin, təkliflərin səmərəli təşkili və icrası (öz kateqoriyası çərçivəsində). Tenderlərin və təkliflərin səmərəli təşkili və icrası (öz kateqoriyası çərçivəsində);
  • Bazar araşdırmaları üzrə satınalma prosesinin icrası.

Tələblər:

  • Ali təhsil;
  • Sürücülük vəsiqəsi;
  • Kompüter bilikləri – MS Office;
  • Yüksək ünsiyyətqurma və dinləmə bacarığı;
  • Dəqiqlik və operativlik;
  • Fərdi və komanda tərkibində işləmə bacarığı;
  • İş təcrübəsi – 2 ildən 3 ilə qədər;
  • Dil bilikləri: Azərbaycan və rus dilləri - əla, İngilis dili – arzuolunandır.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı 1000 azn + bonus.

https://glorri.com/bizimmarket/617fd0861eee3bd3824a3b49-Sat%C4%B1c%C4%B1