Elektronik diaqnostik

İşin təsviri

Vəzifə funksiyaları:        

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsini; Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək.        
  • Avadanlığı yerləşdirmək, texniki təchizatını və iş yerlərinin təşkili planlarını tərtib etmək, istehsalat gücünü və avadanlığın yüklənməsini hesablamaq;        
  • İstehsalatın texniki hazırlığını təmin etmək;        
  • Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək;        
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanmasına, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;        
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsini və qurğuların vəziyyətinə texniki nəzarətin təşkil edilməsini;        
  • Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edib və onların təmirini növbələşdirmək;        
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsində, avadanlıqların sınaqdan keçirilməsində, bina və qurğuların yenidən qurulmasında iştirak etmək;        
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin edilməsi;        
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy vermək, onların tətbiqinə kömək etmək;        

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.        

Təminatlar:        

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;        
  • Nahar ilə təmin edilmə        
  • Əmək müqaviləsi        
  • İş qrafiki: 6 günlük        

 

[email protected]

AZ Logistika and Management Services tərəfindən digər vakansiyalar