Təhlükəli yüklərin daşınması üçün “E” kateqoriyalı sürücü

İşin təsviri

İş şəraiti

  • Sektor: Neft-qaz, təhlükəli yüklərin/tullantıların daşınması  
  • Əmək haqqı: 900 - 1100 AZN    
  • Növbə: gündüz və yaxud gecə 
  • İş rejimi: qanunvericiliyə uyğun olaraq       

Vəzifə öhdəlikləri:  

  • Dispetçer  və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərərk yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək  
  • Yük avtomobillərinin təmizliyi, texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqları vaxtında texniki heyətə bildirmək  
  • Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq  
  • Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək
  • Sənədlərin düzgün şəkildə doldurulması, qəbul və təhvili

Tələblər:  

  • Etibarlı E kateqoriyalı sürücülük vəsiqəsi   
  • Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi  
  • Yük maşınlarının idarə olunmasında təcrübə 
  • Məsuliyyətli, intizamlı və etibarlı olmaq  
  • Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq 
  • Minimum yaş həddi – 21 yaş 

Üstünlüklər:  

  • ADR sertifikatı  və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir  
  • Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir 
  • Texniki biliklərin olması əlavə üstünlükdür  
  • Vakuum tipli yük avtomobillərini idarə etməyi bacaran sürücülərə üstünlük verilir   

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.