Brand Management / Sales şöbələri üçün təcrübə proqramı

İşin təsviri

Şərtlər sadədir:

  • 3-cü kurs bakalavr və 1-ci kurs magistr tələbələri ərizə göndərə bilər.
  • Ərizə göndərmək üçün vacib şərtlərdən biri Azərbaycan Respublikasının vətəndaşı olmaqdır.
  • İngilis dili fluent və ya upper-intermediate səviyyəsində olmalıdır.
  • Bütün proses bitdikdən sonra 1 iyul 2022-ci il tarixində full-time intern kimi işə başlayacaqsınız.
  • Təcrübə proqramı 3 ay davam edir və müvəffəqiyyətli nəticələri olan internlərə part-time intern kimi işləməyə imkan yaradılır.
  • Universitetdəki qiymətlərinizin və oxuduğunuz fakultənin seçim prosesinə təsiri yoxdur.
  • Vakansiya yarandıqda işə heç bir prosesi keçmədən ilk dəvət olunan məhz müvəffəqiyyətli internlər olur.
  • Təcrübə proqramı zamanı P&G sizi rəqabətli maaşla təmin edəcək, ən əsası isə sizə vacib layihələrin idarəedilməsi tapşırılacaq.

Procter & Gamble haqqında:

  • Şirkət Azərbaycanda artıq 20 ildən çox, 1998-ci ildən fəaliyyət göstərir.
  • Şirkətin Azərbaycandakı ofisi Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya Respublikalarının baş ofisidir.
  • Şirkət Azərbaycanda ən böyük reklam yatırımı edən şirkətlərdən biri, TV-də ən böyük reklamvericidir.
  • Şirkətin Azərbaycanda hal-hazırda 18 brendi var və hər il portfoliosu böyüyür.
  • P&G şirkətinin Azərbaycandakı brendləri: Ariel, Tide, Lenor, Fairy, Pampers, Always, Discreet, Tampax, Head & Shoulders, Pantene, Herbal Essences, Safeguard, Old Spice, Gillette, Venus, Blendamed, Oral-B, Braun.
  • P&G dünyada ən yaxşı marketinq məktəbi və digər şirkətlərə ən çox məzun - CEO "hədiyyə etmiş" şirkət sayılır.

Marketing: https://www.pgcareers.com/job/baku/brand-operations-2022-summer-internship-positions/936/17408921152

Sales: https://www.pgcareers.com/job/baku/sales-2022-summer-internship-positions/936/17408919712