Konstruktor-dizayner

  • Ferrum.az
  • Elanın qoyulma tarixi: 17.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: Müsahibədən sonra müəyyənləşdiriləcəkdir.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
  • 6 günlük iş həftəsi,
  • Nahar fasiləsi: 13:00-14:00,
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Fərdi layihələr üçün mebellərin dizaynını həyata keçirmək;
  • AutoCad və 3D proqramlarında işlədikdən və müştəri ilə razılaşdırdıqdan sonra texniki sənədləri hazırlayıb istehsalata təhvil vermək;
  • İlkin dizayn modellərini müştəri ilə razılaşdırmaq;
  • Dizayn (texniki) sənədlərinin və istehsal tapşırıqlarının ardıcıllıqla hazırlanmasını təmin etmək;
  • Maya dəyərini tərtib etməklə əsas smeta üzərində işləmək, yekun variantı rəhbərinə təqdim etmək;
  • Material və aksesuarların alınması üçün təchizat işlərinin koordinasiyasını təmin etmək.

Tələblər:

  • Ali təhsilli;
  • Şkaf və quraşdırılmış mebel istehsalında dizayner təcrübəsi olmalı;
  • Bərk ağacdan, plastikdən, laminat lövhədən və MDF-dən hazırlanan məhsullar üçün texniki sənədlərin hazırlanması bacarıq və təcrübəsi olmalı (əl eskizləri);
  • CNC frez maşını, stasionar frez dəzgahı və digər mebel sahəsi avadanlıqları haqqında biliklərin olması, dəzgahlar üçün tapşırıqlar yaratmaq;
  • CNC frez dəzgahı üçün proqram tapşırıqları yaratmağı bacarmalı;
  • AutoCad və 3D mebelinin dizaynı proqramını bilməlidir;
  • Dəzgahların və kəsici alətlərin iş prinsipini bilməlidir;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Тexniki sənədlərin oxunmasını bacarmalıdır;
  • Excel, Word və Outlook proqramlarını bilməli;
  • Materiallar, komponentlər və aksesuarlar haqqında məlumatlı olmalı;
  • Şkaf mebeli və bərk ağacdan mebel istehsalı texnologiyasını bilməli;
  • Ağac pəncərə sistemini v mexanizmlərini bilməli.

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

Email: 

Əlaqə nömrəsi:: +994552240696