Təcrübə proqramı (Bakı)

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 17.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Öhdəliklər:

  • Təlimlərdə aktiv iştirak etmək
  • Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
  • Təlimçi və mentorla interaktiv işləmək
  • Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
  • Lombard kreditləşmə işini nəzəri və praktiki mənimsəmək

Tələblər:

  • Karyerasını satış işində görmək
  • Öyrənməyə açıq olmaq
  • Hədəflərlə işləməyi bacarmaq
  • Pozitiv ünsiyyət bacarığı
  • Komandada işləməyə meyilli olmaq

Maraqlanan şəxslərin CV-lərini "təcrübə proqramı" başlığı ilə göndərmələri xahiş olunur. Email: [email protected]

Parabokt tərəfindən irəli sürülən bu təşəbbüs tələbələrin və ya iş potensialı olub ali təhsili olmayan gənclərin gələcəkdə peşəkar təcrübə əldə etməsində və Parabokt-da karyera qurmasında dəstəyini təmin edir.