Smeta üzrə mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
  • Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması;
  • Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
  • Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qrupıaşmalarını yaratmaq.

Namizədə dair tələblər:

Bilməlidir:

  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;
  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Eskiz və işçi layihəni oxuma bacarığı;
  • Azərbaycan, rus, ingilis dillərində sərbəst yazmaq və danışmaq bacarığı;
  • Kompyuter biliyi: MS Excel, AutoCad, internet;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

İş şəraiti haqqında məlumat:

  • Həftə ərzində 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-dan 18:00-dək
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən 1500-1800 AZN arası dəyişir.
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Smeta üzrə mühəndis” qeyd edərək  [email protected]  email adresinə göndərə bilər.