İşin təsviri
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- MS Office – Word, Excel, Power Point proqramlarını mükəmməl bilməli;
- Xarici dil: İngilis dilini və rus dilini bilənlərə üstünlük verilir;
- Sürücülük vəsiqəsinə və təcrübəsinə malik olmalı, mütəmadi olaraq bölgələrə səfərlər edə bilməli və müştərilərlə görüşməlidir.
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Cavabdeh olduğu ərazi üzrə satış strategiyasına uyğun siyasəti həyata keçirtmək;
- Beton satışını təşkil etmək;
- Müştərilərə satış prosesinə nəzarət etmək;
- Satış müqavilələrinin şərtlərinin tətbiqini izləmək;
- Öz ərazisinə məxsus satış hədəflərini təmin etmək;
- Yeni müştəri cəlb etmək;
- Bazar, müştəri, qiymət analizləri etmək;
- Ölkə daxilində beton istifadə sahələrinə bağlı fəaliyyətləri və inkişafları təqib etmək, qiymətləndirmək
- Zavodun satış siyasəti və hədəflərini təklif etmək;
- Beton bazarı haqqında məlumat toplamaq və Satış Departamentini məlumatlandırmaq;
- Lazımi hesabatlar hazırlamaq;
- Müştəri şəbəkəsi ilə əlaqələri inkişaf etdirmək;
- Satış həcmini, qiymətləri, bazar payını və müştəri davranışını müəyyənləşdirmək;
- Cavabdeh olduğu ərazidən daxil olan müştəri şikayətlərini araşdırılmasına dəstək göstərmək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Əsas təminatlar:
- Nahar,
- Aylıq mobil rabitə limiti ilə təmin olunur.
Mövzu hissəsində " Korporativ Satış Meneceri (Beton üzrə) " qeyd olunması zəruridir. [email protected]
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və iş təcrübəsi olmayan Namizədlər CV göndərməsin.