Avtomatika üzrə mühəndis

İşin təsviri

Namizədə tələblər:

  • Avtomatika sahəsində ali təhsilli olmalı;
  • Tələb olunan sahə üzrə 3 il iş təcrübəsi olmalı;
  • Ofis proqramlarında sərbəst işləməyi bacarmalı;
  • Xarici dil: İngilis dili və  rus dili;

Əsas vəzifə öhdəlikləri:

  • Zavodun ümumi avtomatika sisteminin işlədilməsini, hər növ ölçü alətinin nəzarət, baxım və kalibrləmənin müvafiq plan və təlimatlarına uyğun edilməsini və lazım gəldikdə baxım fəaliyyətlərinin aparılmasını təmin etmək,
  • Bölmələrindəki işçi heyətinin ətraf mühit baxımdan məlumatlandırılmasını təmin etmək, 
  • Bölmədə görülən periodik baxım işlərini təqib etmək,
  • Ölçü alətləri ve ölçmə cihazlarının kalibrlənmələrinin müvafiq standartlara görə yerinə yetirilməsini və təqibini təmin etmək,
  • Avtomatika sistemi PLC proqramlarında (Simatic Manager/PCS7/Step7/Cemat/ WinCC/MicroWin/TIA Portal) sistem dəyişikliyi və əlavələrindən qaynaqlanan lazımi işləri reallaşdırmaq,
  • Ölçü alətlərinin baxım və nəzarətini həyata keçirər, daimi işlək vəziyyətdə olmalarını təmin etmək, 
  • Ölçü alətləri işçi heyətinin qəza baxım və təmir məsələsində gördüyü işləri təqib edər və axsamaları  təqib etmək,
  • Qəza baxım və təmir işlərinin təlimatlara görə icra edilməsini təmin  etmək,
  • Avtomatika sistemi qəza baxım və təmir işlərinin iş təhlükəsizliyi qaydalarına uyğun edilib edilməməsinə nəzarət etmək,
  • İşçi təhlükəsizliyi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təmin etmək, 
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək,
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

  • Nahar ilə təmin olunur, 
  • Aylıq mobil rabitə limiti ilə təmin olunur, 
  • Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
  • İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün  ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.

Mövzu hissəsində " Avtomatika üzrə mühəndis " qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur müvafiq ixtisası və iş təcrübəsi olmayan namizədlər  CV göndərməsin.