Kredit inzibatçılıq şöbəsinin mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 15.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Kredit Komitəsində müsbət rəy verilmiş və rəsmiləşdirilmiş kreditlərin kredit dosyesi üzrə sənədlərinin (girov/ipoteka qismində rəsmiləşdirilmiş sənədlər) tam və düzgün tərtib edilməsinin yoxlanılması və məlumatların bank əməliyyatları sistemində düzgün yaradılmasına nəzarət etmək, komitə tərəfindən qəbul edilən şərtlərə nəzarət etmək və dosyelərin saxlanılmasını təmin etmək.
  • Müsbət rəy verilmiş və rəsmiləşdirilmiş kredit sənədlərinin yoxlanılması;
  • Kredit məlumatlarının bank əməliyyatları sistemində düzgün yaradılmasının yoxlanılması;
  • Kredit komitəsi tərəfindən kreditin rəsmiləşdirilməsi üzrə qeyd edilən şərtlərə nəzarət edilməsi;
  • Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzu olunandır);
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
  • Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
  • MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
  • Bankda kredit sahəsi üzrə iş təcrübəsi.

Email: [email protected] 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa elektron ünvanına “Kredit İnzibatçılıq şöbəsinin Mütəxəssisi” başlığı ilə müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi