Pərakəndə Marketinq Meneceri

  • Aloe
  • Elanın qoyulma tarixi: 14.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Pərakəndə Marketinq və PR strategiya planının hazırlaması və həyata keçirilməsi;
  • Satış və müştəri məmnuniyyətini artırmaq üçün brend şüurunu yaratmaq, mağazada, onlayn mağazada və digər pərakəndə satış rəqəmsal platformalarında trafik yaratmaq üçün Ticarət Marketinqi və Media Fəaliyyət Planının hazırlanması;
  • Banklar, sığorta şirkətləri və cashback təminatçıları da daxil olmaqla brend məlumatlılığını və istehlakçıların cəlb edilməsini təmin etmək üçün əlaqəli qurumlar, media və istehsal agentlikləri, bizneslər və istehsalçılarla əməkdaşlıq;
  • Texniki tapşırıqların yaradılmasından başlayaraq prosesə tam nəzarəti təmin edən Marketinq Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi;
  • Rəqiblərin Marketinq fəaliyyətinin təhlili;
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
  • Ənənəvi kütləvi informasiya vasitələri, rəqəmsal platformalar və mağazadaxili pərakəndə satış çağırışları daxil olmaqla, habelə müxtəlif ALT və BTL fəaliyyətlərinə resursların ayrılması;
  • Rəqəmsal marketinq komandası, dizayner, kopirayter və merçendayzer daxil olmaqla marketinq mütəxəssisləri komandasına nəzarət etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Rus və ya ingilis dili bilikləri;
  • Liderlik və sərbəst qərarvermə bacarığı;
  • Bazar araşdırması bacarığı;
  • Kampaniyaların idarə edilməsi bacarığı;
  • Media planlaşdırma üzrə təcrübə;
  • Rəqəmsal marketinq anlayışı; 
  • Komanda ilə işləmə bacarığı;
  • Şöbəsinin işçilərinin işini təşkil etmə bacarığı.

Təklifimiz:

  • Rəqabətli əmək haqqı;
  • Müvafiq sahədə peşəkar inkişaf;
  • Səmimi, professional komandada çalışmaq və birlikdə ən yaxşı nəticələr əldə etmək.

Elektron məktubun mövzu (subject, тема) hissəsində “Pərakəndə Marketinq Meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi

Aloe tərəfindən digər vakansiyalar