Dizayner

  • Aloe
  • Elanın qoyulma tarixi: 08.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Marketinq və PR kommunikasiya şöbəsinin fəaliyyətinə dəstək;
  • Brend kitab üzərində işləmək (loqo, forma üslubu, şablonlar), brendin dəyişən ehtiyacları üçün brend kitabının uyğunlaşdırılması və optimallaşdırılması;
  • Konseptual dizaynın online və offline istifadəsi üçün məlumat, çap və reklam materiallarının hazırlanması və yaradılması;
  • Strateji məqsədlərə diqqət yetirməklə mövsümi və böyük tanıtım kampaniyaları üçün əsas vizualın hazırlanması;
  • Əlaqə üçün şəkillərin axtarışı, seçilməsi və retuş edilməsi, ehtiyat fotoşəkilləri, fotoqraflarla işləmək və zəruri hallarda şəxsən fotoşəkil çəkmək;
  • Brend və korporativ şəkillərin müxtəlif daşıyıcılara və müxtəlif ölçülərə uyğunlaşdırılması;
  • İstənilən reklam materiallarının həm bütövlükdə, həm də ayrı-ayrılıqda rəqəmsal istifadəsinə, sayt və Instagram/Facebook sosial şəbəkələri üçün (statik/animasiyalı bannerlər, qrafik elementlər, şriftlər, loqolar, ikonlar və s.) qrafik materiallarının hazırlanması və elementlərin yaradılması;
  • Podratçılar tərəfindən layihənin hazırlanmasına nəzarət;
  • Mətbəənin texnoloji tələblərinə uyğun olaraq reklam materiallarının orijinal maketlərinin çapdan əvvəl hazırlanmasının həyata keçirilməsi (reklam bukletləri, afişalar, stendlər, bannerlər, reklam OOH), texniki parametrlərə görə rəng korreksiyası
  • Şöbə üçün təqdimat materiallarının yaradılması;
  • Birgə tapşırıqların yerinə yetirilməsi üçün şöbənin işində fəal iştirak etmək, tapşırıqların icrasında yaradıcı ideyalar yaratmaq.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Beauty, lifestyle, pharm dizayn sahəsində 3 il iş təcrübəsi;
  • Adobe Illustrator, Photoshop, Figma, Animate, Power Point, Corel Draw;
  • Azərbaycan, rus və ingilis dili bilikləri.

Təklifimiz:

  • Rəqabətli əmək haqqı;
  • Müvafiq sahədə peşəkar inkişaf;
  • Səmimi, professional komandada çalışmaq və birlikdə ən yaxşı nəticələr əldə etmək.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Dizayner” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi

Aloe tərəfindən digər vakansiyalar