Mal-material üzrə mühasib

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 13.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Daxil olan  mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda ERP proqramında əks etdirilməsini təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunmasını və təqdim edilməsini təmin etmək;
  • Mal-material qiymətlərinin və əsas vəsaitlərin mütəmadi  inventarizasiya işlərini aparmaq üçün təşkil edilmiş inventarizasiya komissiyasına Mal-material qiymətlərinin və əsas vəsaitlərin  siyahısını özündə əks etdirən uçot cədvəllərini təqdim etmək;
  • Material anbarı və maddi məsul şəxslərin  anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və  sistemə işlənilməsinin icra  edilməsi;
  • Cari ay başa çatdıqdan sonra anbar və maddi məsul şəxslərin material hesabatlarının qəbul edilməsi və ERP proqramına işlənilməsini təmin etmək; 
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması.

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Aidiyyətı sahədə 3 ildən artıq iş təcrübəsi;
  • MS Office və 1C proqramlarından istifadə etmək bacarığı;
  • Punktual, diqqətcil və məsuliyyətli olmalı.

İş şərtləri:

  • İş qrafiki: Həftənin 6 günü
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mal-material üzrə mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] email adresinə göndərə bilərlər.

İşəgötürənin reytinqi