Qonaq qəbulu və qeydiyyat şöbəsinə qonaq xidməti agenti

İşin təsviri

Öhdəliklər:  

  • Bütün qonaqları qarşılamaq və salamlamaq, qeydiyyat prosesində onlara kömək etmək.
  • Otaqların açarlarına ciddi nəzarəti təmin etmək.
  • Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək .
  • İstehlak auditinin nəticələrinə cavab vermək və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək.
  • Şəhərdə və ölkədə otellər və turizm haqqında dəqiq biliklərə malik olmaq.
  • İtən və tapılan əşyalar haqqında xəbər vermək.
  • Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək.
  • İşçilərin “Biz bir komandayıq!” ruhunda çalışmalarını dəstəkləmək və bunu qoruyub saxlamaq.
  • Gəlmələr və getmələr haqqında məlumatları yoxlamaq, baqajların boşaldılması və daşınması, habelə qonaqlar tərəfindən tələb edilən digər xidmətləri təşkil etmək.

Tələblər: 

  • Azərbaycan dilində səliş danışıq (Rus dili və İngilis dili orta səviyyədə);
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi

İş yeri: Qusar rayonu

Nəqliyyat, yerləşdirmə və qida şirkət tərəfindən təmin olunur 

Müraciət etmək üçün mövzu hissəsində “Qonaq Xidməti Agenti” qeyd etməklə CV-lərinizi [email protected] email adresinə göndərə bilərsiniz.

İşəgötürənin reytinqi

Shahdag Hotel Company tərəfindən digər vakansiyalar