İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Beynəlxalq və yerli keyfiyyət standartlarının tətbiqini təmin etmək.
 
	- İstehsal proseslərini yaxından müşahidə edərək, mövcud keyfiyyətə nəzarət təcrüblərini   daima qiymətlədirərək, müvafiq şəkildə düzəliş və yenilikləri təklif etmək.
 
	- Müəsissədə, layihələrdə, keyfiyyət idarəetmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə nəzarət etmək 
 
	- Keyfiyyət idarəetmə sisteminin işini planlaşdırmaq və keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq.
 
	- İstehsalat prosesində məhsulun keyfiyyətinə təsir edən hadisələri təhlil etmək, araşdırmaq və profilaktik tədbirlər təşkil etmək.
 
	- Keyfiyyət menecmenti sisteminin sənədlərinin işlək vəziyyətində saxlamasına nəzarət etmək.
 
	- Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq.
 
	- Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə və  idərəetmə komandası ilə birlikdə qərar qəbul etmək.
 
	- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurların təmin edilməsinə nəzarət etmək. 
 
	- Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasına nəzarət etmək, rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işini təşkil etmək.
 
	- Standartlara, spesifikasiyalara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, təsdiq edilmiş nümunələrə (standartların), çatdırılma şərtlərinə və müqavilələrin tələblərinə cavab verməyən mal və məhsulların proseslərin qarşısını almaq üçün işləri idarə etmək. 
 
	- Risklərin aradan qaldırılması üçün təklifləri hazırlamaq 
 
	- Fərdi fəaliyyət planını tərtib etmək.
 
	- Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək.
 
	- Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək.
 
	- İstehsalat ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq.
 
	- Şirkətin daxili prosedurlarına uyğun olaraq aylıq istehsal hesabatlarını hazırlamaq.
 
	- Məhsulun istehsalatının başlanması üçün nümunə götürülməsi, yoxlama həyata keçirilməsi və laboratoriya nəticələri barədə hesabat vermək.
 
	- Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsulun qiymətləndirməsi barədə hesabat vermək. 
 
	- Qrup fəaliyyətlərini mövcud daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək.
 
	- Tələb olunduğu hallarda mövcud olan daxili sistemləri təkmilləşdirmək;
 
	- Digər departament və qruplarla koordinasiya saxlamaq, həmçinin üst rəhbərlər və qrup işçiləri arasında münasibətləri uzlaşdırmaq.
 
	- Təşkilatın personalı üçün keyfiyyətin idarə edilməsi üzrə təlimlərini təşkili etmək
 
	- Şirkətin təşkilatı strukturuna əsasən tabeçiliyində olan işçi heyətini  səmərəli idarə etmək və kadrların inkişafı üçün təkliflər irəli sürmək. 
 
	- Birbaşa rəhbərinə işi barədə hesabat vermək.
 
Namizədə tələblər:
	- Ali təhsil və ya magistr dərəcəsi
 
	- Keyfiyyətə Nəzarət sahəsində, rəhbər (idarəetmə) vəzifəsində ən azı 5 ildən az olmayan iş təcrübəsi. İstehsalat üzrə 2 ildən az olmayan təcrübəsi.
 
	- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.
 
	- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
 
	- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus dili arzuolunandır.
 
	- Həftə ərzində 5 günlük iş qrafiki;
 
	- İş saatı: 09:00-18:00;
 
	- Nahar şirkət tərəfindən verilir;
 
	- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
 
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.
Email: [email protected]